"Real" yeni futbolçusunu Paris-2024-ə buraxmır

"Real" yeni futbolçusunu Paris-2024-ə buraxmır

Madird "Real" gələcək yeni futbolçusu Kilian Mbappenin bu yay olimpiadada oynamasına mane olacaq. Paris-2024 Yay Olimpiya Oyunlarında Fransa yığmasında oynamağı düşünən Mbappe mütləq "Real"la hesablaşmalı olacaq. Madrid klubu demək olar ki, fransızı turnirə buraxmayacaq və futbolçunun özü də gərgin yaydan sonra sağalmaqla yeni klubda debüt mövsümünə başlamaq istəmir. Xatırladaq ki, Kilian Mbappe azad agent kimi "Real"la razılaşıb. 25 yaşlı futbolçu iyunda bu keçidi rəsmiləşdirəcəcək.