"Arsenal" qapını gücləndirir

"Arsenal" qapını gücləndirir

MLS təmsilçisi "Columbus Crew"in qapıçısı Patrik Şulte karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Bu barədə “The Telegraph” məlumat yayıb. Mənbənin məlumatına görə, "Arsenal" 23 yaşlı amerikalı ilə müqavilə imzalamaqda maraqlıdır. "Topçular" yay transfer pəncərəsində Aaron Ramsdeylin əvəzedicisi kimi Şülteni öz sıralarına qatmaq istəyir. Bunun üçün tərəflər 1,5 milyon avro ətrafında müzakirəyə başlayacaqlar.