Dilqəm Quliyev: “Hesab edirəm ki, bu şərəfli işin öhdəsindən gələ bildim”
BOK
19.03.2024, 12:12
Xəbər verdiyimiz kimi, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “İkinci Qarabağ müharibəsinin şəhid idmançıları” adlı yeni kitabı işıq üzü görüb. Milli Olimpiya Komitəsinin mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, “Tərəqqi” medallı Murad Fərzəliyevin elmi redaktorluğu ilə 7 yarımfəsli özündə birləşdirən monoqrafiya 3 fəsildən, rus və ingilis dillərində xülasədən, 63 istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyada İkinci Qarabağ Müharibəsində şücaət göstərmiş və qəhrəmancasına şəhid olmuş idmançılarımız barədə yazılıb. Bu günlərdə redaksiyamızın qonağı olan kitabın müəllifi Dilqəm Quliyevlə həmsöhbət olduq. Müsahibimizlə şəhid idmançılarımız haqqında yazılan kitabın ərsəyə gəlməsi barədə məlumat verdi. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Dilqəm müəllim, bu yaxınlarda müəllifi olduğunuz “İkinci Qarabağ müharibəsinin şəhid idmançıları” adlı monoqrafiya işıq üzü görüb. Kitab barədə ətraflı məlumatı müəllifin öz dilindən eşitmək yaxşı olardı. - Monoqrafiyanı yazmaqda əsas məqsədim Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş idmançılarımızın xatirəsini ehtiramla yad etmək və bu həqiqətləri yetişməkdə olan nəsillərə çatdırmaqdır. Oxucular bu monoqrafiya vasitəsilə şəhid valideynlərinin, müəllimlərinin, yaxın qohumlarının və əsgər yoldaşlarının xatirələri ilə tanış olacaqlar. Əminəm ki, bu monoqrafiya gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq və Vətən müharibəsi haqqında biliklərini zənginləşdirməkdə faydalı mənbə olacaq.
- Yəqin ki, bu materialların toplanması asan başa gəlmədi. - Təbii ki, belə bir məsuliyyətli iş asan başa gələ bilməzdi. Kitabı demək olar ki, 4 ay ərzində yazıb, hazırladım. Bu monoqrafiyanın hazırlanması zamanı şəhidlərin valideynləri, yaxınları, dostları ilə həmsöhbət olmuşam. Nə qədər ağrılı-acılı olsa da, hesab edirəm ki, bu şərəfli işin öhdəsindən gələ bildim. Qeyd edim ki, ikinci Vətən müharibəsində idmançılardan 1402 nəfər iştirak edib ki, onlardan da 367 nəfəri şəhid olub, 158 nəfəri yaralanıb. Bu monoqrafiyada soyadları əlifba sırası ilə başlayan 332 nəfər şəhid idmançılar haqqında məlumatlar yer alıb. Şəhidlərin siyahısı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son rəsmi məlumatları əsasında tərtib olunub. “Təltifləri” bölməsində hər bir şəhidə verilmiş orden və medalların siyahısı Prezidentin müvafiq sərəncamlarına istinadla fərdi olaraq dəqiqləşdirilib.
- Dilqəm müəllim, müəllifi olduğunuz “Qarabağın idman tarixi” adlı kitabınızın təqdimatı Şuşa şəhərində olmuşdu. Yeni çapdan çıxan monoqrafiyanın təqdimatının işğaldan azad olunmuş bölgələrdə keçirilməsi nəzərdə tutulurmu?
- Əvvəlcə onu bildirim ki, bu günə kimi dövlət tərəfindən 2013-cü ildə Milli Olimpiya Komitəsinin inzibati binasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə nəşr olunmuş “Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri”, 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018), 2022-ci ildə Şuşa şəhərində “Qarabağın idman tarixi”, 2023-cü il “Təhsildən səngərə - səngərdən əbədiyyətə” (Qarabağ müharibəsində İdman Akademiyasının şəhidləri) təqdimatı olub.
O ki qaldı yeni nəşr olunmuş “İkinci Qarabağ müharibəsinin şəhid idmançıları” adlı monoqrafiyanın təqdimatın keçirilməsinə, bu, mənim səlahiyyətimdə deyil. Lakin çox istərdim ki, həmin kitabın da təqdimatını işğaldan azad olunmuş gözəl guşələrimizdən birində keçirəm.
- Gələcəkdə hansı kitabların çap olunmasını nəzərdə tutmusunuz? - Gələcəkdə çap olunan kitablardan “İlham Əliyevin 44 günlük zəfər salnaməsi”, “İlham Əliyevin 20 illik idman uğurları”, “Qərbi Azərbaycan idmanı”, “Ermənilərin Anadolu türklərinə qarşı törətdikləri soyqırımlar”, “Soyqırım: tarixi həqiqətlər”, “Azərbaycanda atletikanın inkişaf tarixi” (1923-2023) (dərs vəsaiti) kitabların üzərində çalışıram. Bundan başqa həmçinin magistratura pilləsi üçün nəzərdə tutulan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdmanın təkmübarizlik növləri” kafedrasının əməkdaşları ilə həmmüəllifi olduğum yunan-Roma güləşi üzrə “İdman məşqinin nəzəriyyəsi və metodikası”, “Sərbəst güləş” ixtisas kursundan magistr təhsili”, “Olimpiya təhsili ilə bağlı təlim materiallarının öyrədilməsi yolları” adlı dərs vəsaitləri və başqa kitabların çap olunması da nəzərdə tutulub.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK