Xorvatiyalı məşqçi yenidən İtaliyada

Xorvatiyalı məşqçi yenidən İtaliyada

İqor Tudor "Latsio"nun yeni baş məşqçisi olacaq. 45 yaşlı xorvatiyalı mütəxəssis artıq müqavilə bağlamaq üçün İtaliyaya gəlib. Roma klubunun mətbuat xidməti xəbər verir ki,  Tudor martın 13-də vəzifəsindən uzaqlaşdırılan Mauritsio Sarrini əvəz edəcək. Xatırladaq ki, xorvatiyalı mütəxəssis buna "Udineze", "Yuventus" və "Verona"da çalışıb.