Joao Feliks: "Azarkeşlər baş verənlərdən xəbərsizdir"

Joao Feliks: "Azarkeşlər baş verənlərdən xəbərsizdir"

"Barselona"dan icarəyə götürülən Madrid "Atletiko"sunun hücumçusu Joao Feliks azarkeşlərin mənfi fikirlərinə cavab verib. "“Atletiko” azarkeşlərinin klubda olduğum müddətdə baş verənlərdən xəbəri yoxdur. Onlar əslində nə baş verdiyini bilmirlər. Mən onları başa düşürəm. İstəmirəm ki, onların nifrətinə tuş gəlim. Doğma klubumda bütün futbolçularla xoş münasibətdəyəm" - deyə ESPN Feliksdən sitat gətirib.