16 yaşlı uşaq yaşından böyük danışdı

16 yaşlı uşaq yaşından böyük danışdı

"Barselona"nın cinah oyunçusu Lamin Yamal bildirib ki, onlar bu mövsüm İspaniya La Liqasında sona qədər mübarizə aparacaqlar. “ Biz "Real"ın da cavabını verəcəyik. İmkan vermərik ki, çempioluğa gedən oylda onlarla bu qədər aramızda fərq yaransın. Sona qədər bizimlə hesablaşmalı olacaqlar”, - deyə İspaniyanın “Marca” internet nəşri Yamaldan sitat gətirir.

Məlumat üçün bildirək ki, Yamal katalonların yetirməsidir. O, 2023-cü ilin yayında "Barselona"nın əsas komandasına qoşulub. Bu mövsüm 16 yaşlı futbolçu bütün turnirlərdə 37 oyun keçirib və 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun bazar dəyəri 60 milyon avro təşkil edir. "Barselona" La Liqanın 29 turundan sonra lider "Real»dan 8 xal geri qalır.