Millimiz bu gün Bakıda Monqolustan millisi ilə üz-üzə gələcək 

Millimiz bu gün Bakıda Monqolustan millisi ilə üz-üzə gələcək 

Futbol üzrə Azərbaycan millisi bu gün Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində ilk oyununu keçirəcək. 
Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Monqolustan yığması ilə üz-üzə gələcək. 
Oyun saat 20:00-da başlayacaq. 
Qeyd edək ki, digər oyunda isə Bolqarıstan və Tanzaniya yığmaları qarşılaşacaqlar. Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”sında keçiriləcək oyuna saat 17:00-da start veriləcək.