Çempiona ulduzlarla tanışlıq imkanı verildi

Çempiona ulduzlarla tanışlıq imkanı verildi

«Pound for pound» reytinqinin lideri Terens Krouford dünya şöhrətli hip-hop sənətçiləri ilə görüşüb. O, Marşall Matters (Eminem), Andre Yanq (Dr.Dre), Kalvin Broadus (Snoop Dogg) və Kertis Cekson (50 Cent) ilə kollektiv foto çəkdirib. Onların görüşü martın 20-i Hollivudda Şöhrət Xiyabanında ulduz təqdimetmə mərasiminə təsadüf edib. Məlumat üçün bildirək ki, 36 yaşlı Terens Krouford yüngül çəki çempionu (61,2 kq-a qədər), həmçinin birinci ağır çəkidə (63,5 kq-a qədər) mütləq çempiondur. O, ötən il iyulun 30-da həmyerlisi Errol Spensi 9-cu raundda məğlub edərək, ağır çəkidə mütləq çempion tituluna yiyələnib - (66,7 kq-a qədər). Ümumilikdə amerikalının 40 qələbəsi (31-i nokautla) var, heç bir məğlubiyyəti yoxdur.