Avarçəkənimiz nüfuzlu yarışda gümüş medal qazandı

Avarçəkənimiz nüfuzlu yarışda gümüş medal qazandı

İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirinə yekun  vurulub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, sayca 38-ci dəfədir keçirilən yarışda yığmamızın üzvü Diana Dımçenko ardıcıl ikinci il fərxi kürsüdə yer alıb.

Diana 1 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci yerdə tamamlayaraq əsas final olan A finalına vəsiqə qazanıb. Burada idmançımızı qızıl medaldan cəmi bir-neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) 4 saniyə geri qalan Diana turnirin gümüş medalına sahib olub. 

Xatırladaq ki, Diana Dımçenko ötən il “Paolo De Aloya” turnirində birinci yer tutub.