İngiltərə klubları hərəkətə keçib

İngiltərə klubları hərəkətə keçib

İngiltərənin "Mançester Yunayted" klubu yayda klubu tərək edəcək Kazemironun əvəzinə müdafiəyə meyilli yarımmüdafiəçi tapıb. Bu "Vulverhempton"da çıxış edən Joa Qomezdir. 23 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında ikinci mövsümünü keçirir və göstərdiyi oyuna görə “Mançester Yunayted” rəhbərliyində xoş təəssürat yaradıb. Bu mövsüm Qomez İngiltərə çempionatında iki qol vurub və bir məhsuldar ötürmə edib. Braziliyalı futbolçunu Transfermarkt 28 milyon avro dəyərində qiymətləndirib. Yarımmüdafiəçinin xidmətindən "Liverpul" və Londonun "Arsenal" klubları da yararlanmaq istəyir.