Messi daha hansı idman növünü bəyənir, ondan danışdı

Messi daha hansı idman növünü bəyənir, ondan danışdı

"İnter Mayami"nin hücumçusu Lionel Messi futboldan başqa sevimli idman növünün adını çəkib. “Tennis, padel, basketbol və həmçinin Amerika futbolunu bəyənirəm. Mən Amerika futbolu haqqında çox şey öyrənirəm, onu daha yaxşı başa düşürəm və ondan həzz alıram”, - deyə Messi MBC-nin «Big Time» podkastına istinadən «Essentially Sports» xəbər verib.

Xatırladaq ki, Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Hazırda futbolçunun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.