Yığmanın həkimi qızı ölümdən xilas etdi

Yığmanın həkimi qızı ölümdən xilas etdi

Rusiyanın gənclərdən ibarət futbol komandasının həkimi İvan Aqapov San-Paulu hava limanında bir insana kömək edib. Bu barədə o, TASS-a məlumat verib. "Uruqvaydakı oyundan sonra iki transferlə çətin uçuş keçirdik. Növbəti mühafizə məntəqəsində bir qadınının halı pisləşmişdi. Əşyalarımı yerə atıb onun yanına qaçdım. Qızın dili qatlanmışdı. Azacıq geciksəydim boğulma baş verə bilərdi. Bu işin öhdəsindən gəldim. Həkim briqadası gələndə artıq o, özünə gəlmişdi», - deyə Aqapov əlavə edib.