Quardiola İngiltərəni tərk edir - dəqiq vaxt

Quardiola İngiltərəni tərk edir - dəqiq vaxt

2016/2017 mövsümündən "Mançester Siti"nin baş məşqçisi olan Pep Quardiola İngiltərə klubunu tərk edəcəyi vaxt dəqiqləşib. “Football Insider”in məlumata görə Quardiola 2025-ci ilin yayında hazırkı müqaviləsi başa çatdıqdan sonra «Mançester Siti»ni ingilis klubunu tərk edəcək.
Qeyd olunur ki, Qvardiola “Mançester Siti”dən ayrıldıqdan sonra məşqçilik karyerasına fasilə verməyi planlaşdırır. Pep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” müxtəlif titullara sahib olub. Keçən mövsüm "şəhərlilər" mükafatlarda üçlüyü tamamlaya bilmişdilər.