Zidan İspaniya nəhənginin ehtiyat qüvvəsi sayılır

Zidan İspaniya nəhənginin ehtiyat qüvvəsi sayılır

Fransalı Zinəddin Zidan yenidən İspaniyaya qayıda bilər. Relevo xəbər verir ki, Madrid “Real”ı keçmiş futbolçusunun və məşqçisinin xidmətlərindən maraqlıdır. “Kral klubu”nun rəhbərliyi Karlo Ançelottinin yerinə əsas namizəd hesab edilən Xabi Alonsoya alternativ kimi “Zizu”nun namizədliyini nəzərdən keçirilir. Qeyd edək ki, Zidan artıq iki dəfə “Real” çalışdırıb və komanda ilə ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi olub. 2021-ci ildə klubdan ayrıldıqdan sonra Zinəddin heç bir komanda ilə işləməyib.