Baş məşqçi onları bir-birindən ayırmadı

Baş məşqçi onları bir-birindən ayırmadı

Madrid "Real”ının baş məşqçisi Karlo Ancelotti Toni Kroos və Luka Modriçin başa çatan müqaviləsi ilə bağlı fikirlərini bildirib. “Kroos qalacaq, Modriç isə gedəcək? Mən bilmirəm. Onların hər ikisi əla formadadır. Onlar gələcəkləri haqqında deyil, növbəti matçları barədə düşünürlər”, - deyə Ancelotti Bilbao “Atletik”ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Xatırladaq ki, daha əvvəl jurnalist Fabrizio Romano Toni Kroosun "Real”la yeni müqavilə imzalamağa yaxın olduğunu bildirmişdi. Modriçə gəlincə, xorvatiyalı futbolçu bu mövsümün sonunda komandadan ayrıla bilər.