Premyer Liqa: "Zirə" minimal hesabla qalib gəldi

Premyer Liqa: "Zirə" minimal hesabla qalib gəldi

Azərbaycan Premyer Liqasının XXVIII turunda "Zirə" səfərdə "Sabah"a qalib gəlib. Matç "Bank Respublika Arena"da baş tutub.

Qarşılaşma "Zirə"nin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Hesabına 3 xal yazan "qartallar" turnir cədvəlində üçüncü yerə yüksəlib. Məğlubiyyət isə "Sabah" klubunun bir pillə geriləməsinə səbəb olub. Paytaxt klubu 40 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçında "Səbail" evdə "Turan Tovuz"la heç-heçə edib - 1:1. Tura martın 31-də yekun vurulacaq.