Gərgin mübarizədə qalib müəyyənləşmədi

Gərgin mübarizədə qalib müəyyənləşmədi

Kişi həndbolçuların Azərbaycan çempionatında XVI tura start verilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turun ilk oyununda “Bakı” və  “Qarabağ” komandaları üz-üzə gəlib. Maraqla gözlənilən açılış matçını beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Deleqat funksiyasını isə digər beynəlxalq dərəcəli hakim Vaqif Əliyev yerinə yetirib. Gərgin mübarizə şəraitində keçən yarışda qalib müəyyənləşməyib - 36:36.