NHL rekord: Hamı ona aşağıdan yuxarı baxır 

NHL rekord: Hamı ona aşağıdan yuxarı baxır 

Milli Hokkey Liqasının müntəzəm mövsümünün növbəti oyununda "Filadelfiya Flayers" "Nyu York Ayleners"i qəbul edib.  Filadelfiyada, Wells Fargo Center stadionunda keçirilən görüş qonaqların əlavə vaxtda 4:3 hesablı qələbəsi ilə başa çatıb.

“Filadelfiya”nın 27 yaşlı qapıçısı İvan Fedotov ikinci hissənin əvvəlindən əvəzedici heyətlə meydana çıxaraq liqada debüt edib. Bunula da, Fedotov Milli Xokkey Liqası tarixində ən hündür qapıçı olub - 2,02 m. Ondan əvvəl liqada ən hündür qapıçılar Ben Bishop, Mikko Koskinen və Mads Sogaard 2,01 m hündürlükdə idi.