Millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək

Millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək

Bu gün qadın həndbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində V tura start veriləcək. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 5-ci qrupda yer alan millimiz də bu gün növbəti oyununa çıxacaq.Yığma komandamız Bakı İdman Sarayında təşkil olunacaq oyunda Şimali Makedoniya millisi ilə qarşılaşacaq. Oyuna saat 17:00-da start veriləcək. 

Xatırladaq ki, bu komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanıblar.