Stolüstü tennisçilərin ölkə çempionatına start verilir 

Stolüstü tennisçilərin ölkə çempionatına start verilir 

Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatına start veriləcək. “Şüa” İdman Kompleksində keçiriləcək yarışa ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar güclərini sınayacaq. 

İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində mübarizə aparacaqlar. 4 gün davam edəcək turnirdə fərqlənənlərə Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.