Moskvada daha üç qızıl medal 

Moskvada daha üç qızıl medal 

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva keçirilən atçılığın dresaj növü üzrə cavan və böyük əsas atlar (“Qızıl Tur”) arasında “Maksima Masters” çempionatında daha üç qızıl medal qazanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, idmançımız buna böyük əsas atlar arasında təşkil olunan yarışda nail olub.

Turnirdə 3 atla iştirak edən A.Əlibəyov daha əvvəl iki qızıl medal əldə edib.

Qeyd edək ki, “Maksima Masters” çempionatına bu gün yekun vurulacaq.