Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək

Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakıda bilyardın piramida növü üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Bilyard Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, aprelin 20-dən 22-dək təşkil olunacaq yarışda ölkənin müxtəlif yerlərindən ən yaxşı oyunçular çempion adı uğrunda mübarizə aparacaqlar.

Ölkə çempionatının keçirilməsində məqsəd həm ən yaxşıları müəyyənləşdirmək, həm də bilyardın geniş auditoriya arasında populyarlaşdırılmasıdır.