"Qoca Sinyora"nın qapıçısı xəstəxanadadır

"Qoca Sinyora"nın qapıçısı xəstəxanadadır

"Yuventus"un qapıçısı Voyçex Şesni “Torino” ilə matçda burnunu sındırıb. O matçdan sonra əməliyyat olunub. "Qoca Sinyora"nın rəsmi saytı xəbər verir ki, polşalı qapıçı yaxın saatlarda xəstəxanadan buraxılacaq. Onun sağalma müddəti hələ ki, açıqlanmayıb.