Serbiyanın paytaxtı Belqradda taekvondo üzrə Serbiya açıq çempionatı keçirilib. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, taekvondoçularımız G2 kateqoriyalı yarışı 2 medalla başa vurublar.
Komandamızın heyətində Taleh Süleymanov (+87 kq) finala kimi uğurla irəliləyib. Yalnız həlledici görüşdə məğlub olan taekvondoçumuz gümüş medala yiyələnib. Səyyad Dadaşov (54 kq) isə çempionatda bürünc medala sahib çıxıb.