"Qara qartallar" beşinci məşqçini gətirir

"Qara qartallar" beşinci məşqçini gətirir

Rumıniyalı mütəxəssis Mirça Luçesku Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi olmağa hazırdır.

"iAM SPORT"un məlumatına görə, 78 yaşlı Luçesku Türkiyə klubunun rəhbərliyi ilə ilkin razılığa gəlib. O, bu vəzifədə bir müddət əvvəl işindən uzalaşdırılan portuqaliyalı mütəxəssis Fernando Santosu əvəz edəcək. Luçesku bununla da bu mövsüm "Beşiktaş"ın 5-ci məşqçisi olacaq.

Xatırladaq ki, Luçesku Kiyev “Dinamo”sundan ayrılacağını noyabr ayında açıqlamışdı. O, 2020-2023-cü illərdə Kiyev komandasına rəhbərlik edib. Rumıniyalı mütəxəssis bundan əvvəl 2004-2016-cı illərdə Donetsk "Şaxtyor"unun baş məşqçisi olub. Mütəxəssis əvvəllər "Beşiktaş", "Qalatasaray", "Rapid", "İnter", "Zenit" və Türkiyə millisində də baş məşqçi vəzifəsində çalışıb.