Quardiol: "Kraldan qorxmuruq"

Quardiol: "Kraldan qorxmuruq"

"Mançester Siti"nin müdafiəçisi Yoşko Quardiol Çempionlar Liqasının 1/4 finalında Madrid "Real"ına qarşı cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

«Bizim rəqibimiz Çempionlar Liqasının kralıdır. Amma kraldan qorxmuruq. Əgər qorxursansa, o zaman belə matçları televizorda izləmək daha yaxşıdır. Yenidən Çempionlar Liqasını qazanmağa hazırıq. Bunu etmək istəyiriksə, rəqibi nokaut etməliyik. Biz ən yaxşı komandaları sıradan çıxarmalıyıq”, - “The Sun” Quardiolanın sözlərini sitat gətirib.