Tələbələr arasında stolüstü tennis yarışları başa çatıb

Tələbələr arasında stolüstü tennis yarışları başa çatıb

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali ixtisas təhsil müəssisələrinin tələbələri arasında respublika çempionatı davam edir. “Gənclik” Tələbə İdman Cəmiyyətindən verilən məlumata görə, çempionatın proqramına daxil olan stolüstü tennis üzrə oğlan və qızlar arasında komandaların yarışına yekun vurulub.
“Şüa” İdman Kompleksində keçirilən yarışda qızlar 11, oğlanlar isə 12 komanda ilə mübarizə aparıb.

Stolüstü tennis üzrə qızlar arasında yarışlarda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası birinci yeri tutub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ikinci, Gəncə Dövlət Universitetinin komandası isə üçüncü olub.

Oğlanların mübarizəsində də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası qalib adını qazanıb. Bakı Ali Neft Məktəbi və Azərbaycan Tibb Universitetinin komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.

Qaliblər diplom və medallarla təltif olunublar.

Tələbələr arasında stolüstü tennis yarışları başa çatıb