Bu gün Çempionlar Liqasının son yarımfinalçıları müəyyənləşəcək 

Bu gün Çempionlar Liqasının son yarımfinalçıları müəyyənləşəcək 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasın növbəti yarımfinalçıları müəyyənləşəcək.

1/4 final mərhələsinin son oyunlarından biri İngiltərədə, digəri isə Almaniyada təşkil olunacaq. “Mançetser Siti” İngiltərədəki “Etihad” stadionunda İspaniyanın “Real” klubunu qəbul edəcək. Bu komandalar arasında ilk oyunda 3:3 hesabı qeydə alınmışdı.

Gecənin digər maraqla gözlənilən oyununda Bundestim təmsilçisi “Bavariya”klubu “Alyans Arena”da İngiltərənin “Arsenal” klubunu sınağa çəkəcək. Bu komandalar arasında Londonda keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi -2:2.

Bu cütlərin qalibləri yarımfinal mərhələsində bir-birinə rəqib olacaqlar.

Xatırladaq ki, 1/4 finalın digər iki oyunundan sonra Fransanın PSJ və Almaniyanın “Borussiya Dortmund” komandaları mərhələ adlayaraq yarımfinala yüksəliblər.