Klopp gedən kimi bir ulduz düşəcək   

Klopp gedən kimi bir ulduz düşəcək   

"Liverpul" komandanın ən yaxşı futbolçularından biri ilə yollarını ayırmaq üzrədir. “The Sun” tabloidinin məlumatına görə, misirli hücumçu Məhəmməd Salah baş məqşqçi Yürgen Kloppun gedişindən sonra mersisaydlıları tərk etmək niyyətindədir. Məlumat üçün bildirək ki, almaniyalı məşqçi mövsümün sonunda istefa verəcəyini açıqlayıb. Salahı isə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu heyətinə cəlb etmək istəyir. Klub rəhbərliyi forvard üçün 200 milyon funt-sterlinq (233 milyon avro) ödəməyə hazırdır. 

Xatırladaq ki, Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. 

31 yaşlı misirli futbolçunun müqaviləsi gələn mövsümün sonunda başa çatır. Transfermarkt Salahın dəyərini hazırda 65 milyon avro ilə qiymətləndirir.