Yer kürəsini gözləyən təhlükə: Azərbaycana necə təsir edəcək?
BOK
18.04.2024, 19:36
Yer kürəsində yenidən güclü maqnit qasırğası müşahidə olunacaq.
Son 24 saat ərzində doqquz günəş partlayışı qeydə alınıb. Qasırğanın gücü 3 baldan 4 bala qədər olacağı bildirilir. Axşama doğru onun gücünün 2 bala qədər azalacağı gözlənilir.
"Olimpnews.az" xəbər verir ki, bu proseslər son vaxtlarda tez-tez təkrarlanmağa başlayıb. Bəs Günəşdəki partlayışlar planetimizə necə təsir edir? Dünya əhalisini və Yer kürəsini hansı dəyişikliklər gözləyir? Bu barədə narahatlığa əsas varmı?
Günəşdəki partlayışların planetimizə mümkün təsirlərini şərh edən meteoroloq Cavid Hüseynov danışıb:
“Günəşin səthində güclü partlayışlar və püskürmələr günəş sistemindəki maqnit sahələrinə təsir edərək tac kütləsinin sıçrayışla atılmasına (CME) səbəb olur. Həddindən artıq günəş aktivliyi maqnitosferi kəskin şəkildə sıxır və Yerə yaxın məkanda ionların tərkibini dəyişdirir. Beləliklə, Günəşin aktivliyi Yerin iqliminə də əhəmiyyətli təsir göstərir. Yer atmosferinə böyük təsir göstərə bilən günəş ləkələrinin yüksək artımı zamanı ultrabənövşəyi şüalanma (UV) kəskin şəkildə artır. Günəş aktivliyi nəticəsində yaranan geomaqnit fırtınaları elektrik, rabitə və naviqasiya sistemlərinin pozulmasına, peyk aparatlarının zədələnməsinə, canlılar üçün radiasiya təhlükəsinin yaranmasına, meteohəssas insanların, yaşlıların və xroniki xəstələrin həssaslığının artmasına (insanlarda baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq və s. hallar) səbəb ola bilir”.
Meteoroloq bildirir ki, Günəş aktivliyini və onların törədəcəyi maqnit qasırğalarını dəqiq proqnozlaşdırmaq mümkün deyil:
“Yalnız geomaqnit vəziyyətində ümumi tendensiyaları müəyyən etmək mümkündür. Proqnozlara görə 2024-cü ilin maksimum günəş aktivliyi ili olacağı təxmin edilir. Yer kürəsində maksimum günəş aktivliyi və maqnit qasırğalarının may-iyun aylarında olacağı və aktivliyin ilin sonuna qədər azala biləcəyi proqnozlaşdırılır”. (Yeni Sabah)
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK