Premyer Liqa: tura Tovuzda start veriləcək 

Premyer Liqa: tura Tovuzda start veriləcək 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun oyunlarına start veriləcək.
İlk oyun günündə bir qarşılaşma təşkil olunacaq. Günün yeganə matçında "Turan Tovuz" "Sumqayıt"la qarşılaşacaq. Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 16:30-da başlayacaq.
Qeyd edək ki, 30 oyundan sonra Tovuz təmsilçisi 42 xalla altıncı, "Sumqayıt" isə 44 xalla dördüncü pillədə yer alıb. 
Turun digər oyunları aprelin 20-21-də təşkil olunacaq.