İtaliyanı Çempionlar Liqasında 6 klub təmsil edəcək

İtaliyanı Çempionlar Liqasında 6 klub təmsil edəcək

Növbəti Çempionlar Liqasında İtaliyanı ən azı beş komanda təmsil edəcək. İtaliyalıların əmsallar cədvəlində ilk iki assosiasiyada yer alması ilə A Seriyasında beşinci yer tutan komandaya qitənin əsas turnirinə vəsiqə qazandırıb. Əgər “Roma” və ya “Atalanta” Avropa Liqasını qazansalar, lakin A Seriyasını beşinci pillədən aşağıda tamamlasalar belə növbəti Çempionlar Liqasında İtaliyanın altı komandası çıxışı edəcək. Məlumat üçün bildirək ki, gələn mövsüm Çempionlar Liqasının formatı fərqli olacaq. Qrup mərhələsinin əvəzinə səkkiz turdan ibarət tək liqa olacaq.