Basketbol Liqası: "Neftçi" mövsümü qələbə ilə yekunlaşdırdı 

Basketbol Liqası: "Neftçi" mövsümü qələbə ilə yekunlaşdırdı 

Aprelin 26-da "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 18-ci turunun üçüncü oyunu keçirilib. "Sərhədçi" və "Neftçi" klublarının qarşılaşdığı oyunu "Neftçi" 73:69 hesablı qələbə ilə tamamlayıb. Bu qələbə ilə "Neftçi" klubu müntəzəm mövsümü 5-ci pillədə başa vurub və pley-offda "Xırdalan" nın rəqibi olub. Müntəzəm mövsümü 6-cı sırada bitirmiş "Sərhədçi" isə, pley-offda "Xəzri" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında (ABL) pley-off oyunları may ayında start götürəcək