"Xırdalan" pley-offa qələbə ilə başladı  

"Xırdalan" pley-offa qələbə ilə başladı  

Aprelin 30-da "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ilk pley-off oyunu təşkil olunub.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, pley-offun 1/4 final mərhələsində, "Xırdalan" və "Neftçi" komandaları arasında seriyanın birinci oyunu gərgin mübarizə şəraitində keçib. Oyuna sürətli başlamış "Xırdalan", yekunda 80:75 hesablı çətin qələbə qazanıb. Bu qələbə ilə "Xırdalan" seriyada 1:0 hesablı üstünlük əldə edib. Ən məhsuldar basketbolçular: "Xırdalan" (Zeyver Brüyer - 18 xal, 4 ribaund), "Neftçi" (Alfonso Villis - 15 xal, 10 ribaund) 

Qeyd edək ki, "Xırdalan" və "Neftçi" klubları arasında seriyanın ikinci oyunu 2 may tarixində baş tutacaq