“Qarabağ” “Sumqayıt”a məğlub oldu

“Qarabağ” “Sumqayıt”a məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib. Günün sonuncu matçında çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 70-ci dəqiqədə Roi Kehat vurub.

Xallarının sayını 50-yə çatdıran "Sumqayıt" ikinci sıradakı "Neftçi"yə çatıb. "Qarabağ"ın 73 xalı var.

XXXII turda "Neftçi" "Turan Tovuz"u (3:0), "Sabah" "Səbail"i, "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. Aprelin 29-da "Zirə" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək.