"Milan" rəhbərliyi azarkeşlərə görə müqaviləni pozmalı oldu

 

"Milan" rəhbərliyi azarkeşlərə görə müqaviləni pozmalı oldu   

 Xəbər verdiyimiz “Milan” bir vaxtlar  Madrid “Real»ı və  İspaniya millisinin məşqçisi olmuş Xülen Lopeteqini baş məşqçi təyin etmək istəyirdi. Hətta “Rossoneri”lərr neçə gün əvvəl ispaniyalı məşqçi ilə  mövsümdə 4 milyon avro maaşla 3 illik iş müqaviləsi imzalamışdı. Lakin milanlı azarkeşlər ötən həftənin sonundan etibarən Lopeteqinin gəlişinə qarşı çıxmağa başladılar. Onlar bununla bağlı müvafiq petisiya yaratmışdılar. Məlumat klub rəhbərliyinə çatıb və “rossonerilər” həmin müqaviləyə zamanında xitam veriblər. Bu barədə "La Gazzetta dello Sport"un çərşənbə axşamı səhər sayında məlumat verilib. Qeyd edək ki, Xulen Lopeteqi 2023-cü ilin avqustunda "Vulverhempton"dan qəfil ayrılmışdı. O vaxtdan bəri mütəxəssisin klubsuz qalmışdı.