PSJ Enrikeyə yeni müqavilə təklif edib

PSJ Enrikeyə yeni müqavilə təklif edib

PSJ rəhbərliyi baş məşqçi Luis Enrikeni komanda da saxlamaq qərarına gəlib. «LEquipe»nin məlumatına görə, parislilər ispaniyalı ilə müqaviləni uzatmaq istəyirlər. Mənbənin sözlərinə görə, ispaniyalı məşqçinin müqaviləsi 2025-ci ilin yayında başa çatır. Yeni müqavilə imzalansa, 53 yaşlı Enrike daha bir neçə ilə Parisdə işləməli olacaq.

Qeyd edək ki, ötən bazar günü PSJ vaxtından əvvəl Fransa çempionu olub. Onlar hazrıdaÇempionlar Liqasının yarımfinalında yarışırlar. Yeni müqavilənin imzalanması Çempionlar Liqasında iki oyunun nəticəsindən asılı olmayacaq.