MOK və “Visa” şirkəti arasında tərəfdaşlığa həsr olunmuş mətbuat konfransı keçirilib - FOTO
BOK
23.04.2024, 14:19
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödəmələrdə dünya lideri olan “Visa” şirkəti arasında tərəfdaşlıq 2024-cü ilə qədər artırılıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı aprelin 23-də “Four Seasons Baku” hotelində mətbuat konfransı keçirilib. Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Visa”nın Azərbaycan üzrə baş direktoru və regional meneceri Nurlan Hacıyev, batut gimnastikası üzrə Paris-2024-ə lisenziya əldə edən idmançımız Selcan Mahsudova və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əsas mövzusu Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan atletlərinin iştirakı, ölkəmizdə idmanın inkişafının təşviqi və idmançılarımıza dəstək üçün “Visa” ilə bağlanılmış tərəfdaşlığın detalları olub. Mərasimdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Paris-2024 Yay Olimpiya Oyunlarına “Visa” şirkəti ilə birgə addımlayaraq,Olimpiya komandamızın daha böyük uğurlar qazanacağına inandığını bildirib.
“Azərbaycan müstəqilliyini qazanandan sonra Milli Olimpiya Komitəsi olaraq, ölkəmizdə Olimpiya Hərəkatının, olimpizmin Olimpiya ideallarının təbliğinə çalışmışıq və buna müəyyən dərəcədə nail olmuşuq. Bu gün artıq Azərbaycan dünyada tanınmış idman ölkələrindən birinə çevrilib. Ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, həmçinin bir sıra idman növləri üzrə Avropa və dünya çempionatları keçirilib. Xüsusilə qeyd etmək istərdim ki, bu tədbirlərin həyata keçirilməsində Milli Olimpiya Komitəsinin tərəfdaşları hər zaman yanımızda olublar. Bu gün davamlı inkişaf və uğurlarımızda tərəfdaşlarımızın da rolu önəmlidir. Bizim üçün çox qürurlu bir hadisədir ki, keçən ildən etibarən “Visa” şirkəti də bizim yanımızdadır və bizimlə bərabər Olimpiya Oyunlarına hazırlaşır. Beynəlxalq Olimpiya Komitəsinin qlobal sponsoru “Visa” şirkəti ilə tərəfdaşlığımızı yeniləməkdən məmnunluq duyuruq. İnanıram ki, bir neçə aydan sonra Parisdə keçiriləcək Olimpiya Oyunlarında növbəti qələbələrimizi qazanacağıq”, - deyə Çingiz Hüseynzadə bildirib.
“Visa”nın Azərbaycan üzrə baş direktoru və regional meneceri Nurlan Hacıyev Paris-2024 ərəfəsində Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıq müqaviləsinin müddətinin artırılmasından danışaraq, bu razılaşmanın uğurla nəticələnəcəyini qeyd edib. “Dünyada idmanın qlobal tərəfdarı və FİFA Dünya Kuboku, Olimpiya və Paralimpiya Oyunları kimi ən mötəbər idman yarışlarının tərəfdaşı olan “Visa” şirkətinin Azərbaycanda da məqsədləri dəyişməz olaraq qalır. Biz “Visa” şirkəti olaraq həmçinin çalışırıq ki, idmanın populyarlaşmasına, yerli idmançıların ustalıq səviyyələrinin artırılmasına və zirvələrə yüksəlməsinə öz töhfələrimizi verək. Bu tərəfdaşlığa verdiyi töhfələr üçün Milli Olimpiya Komitəsinə minnətdaram. Əminəm ki, məhsuldar işbirliyimiz Azərbaycan Olimpiya komandasını bu mövsümdə uğurlara daşıyacaq”, - deyə Nurlan Hacıyev bildirib.
Mətbuat konfransında iştirak edən batut gimnastikası üzrə yığma komandamızın üzvü Selcan Mahsudova Paris-2024-də iştirak etmək hüququ əldə etdiyi üçün qürur duyduğunu diqqətə çatdırıb. O, bu nailiyyətə görə, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib. İlk dəfə olaraq batut gimnastikası üzrə Paris Olimpiya Oyunlarına lisenziya qazandığını deyən Selcan Mahsudova məsuliyyətinin daha da artdığını qeyd edib.
Mərasimin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.
“Visa” şirkəti 1986-cı ildən etibarən Olimpiya Hərəkatının sadiq tərəfdaşıdır. 2002-ci ildə isə “Visa” böyük fəxrlə Beynəlxalq Paralimpiya Komitəsinin ilk qlobal tərəfdaşı olub. Olimpiya Oyunlarının tamaşaçılarına və Oyunların təşkilat komitələrinə ödəmə xidmətləri göstərməklə yanaşı, 2000-ci ildən etibarən “Team Visa” proqramı çərçivəsində “Visa” həmçinin yeni idman istedadlarını dəstəkləyir, yarışlarda və həyatlarında uğur qazanmaları üçün onların sərəncamına zəruri alətlər və resurslar verir. Olimpiya tərəfdaşlığını 2018-ci ildə yeniləndiyindən sonra, “Visa” 2032-ci ilin sonunadək Olimpiya və Paralimpiya Oyunlarının məğrur sponsoru və “rəsmi ödəmə texnologiyaları tərəfdaşı” olmağa davam edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK