Ölkə çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Ölkə çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb. 

Kişilərin yarışında XVIII turda qızıl medallara iddialı olan “Bakı” klubu “Azəryol”u qəbul edəcək. Komandalar aprelin 27-si, saat 14:00-da “AHF Arena”da üz-üzə gələcək.

Digər oyunda isə Lider “Kür” "Qarabağ”la qarşılaşacaq. Aprelin 28-də “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək matç saat 12:00-da başlayacaq.

Qadınların çempionatında isə yarışın favoritləri “Azəryol” və “Qarabağ” bu dəfə XXV turda bir-birilərinə rəqib olublar. Aprelin 27-də “AHF Arena”da oynanılacaq qarşılaşma saat 12:00-da start götürəcək.

Ölkə çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb