Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kuboku turnirinə uğurla başlayıb. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın ilk günündə yığmamızın 6 üzvü fəxri kürsüyə qalxıb.
Bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) ikinci yerə sahib çıxıb. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə bürünc medallara sahib olub.
Prezident Kuboku: Taekvondoçularımız ilk gündə 6 medal qazandılar