Qılıncoynadanlarımız Avropa Olimpiya Təsnifat turnirində iştirak ediblər

Qılıncoynadanlarımız Avropa Olimpiya Təsnifat turnirində iştirak ediblər

Sablya üzrə Azərbaycan millisinin üzvü Anna Başta və şpaqaçı Ruslan Həsənov Lüksemburqda keçirilən qılıncoynatma üzrə Avropa Olimpiya Təsnifat turnirində çıxış ediblər.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qrup mərhələsində keçirdiyi beş görüşü qalib başa vuran Anna Başta qadın sablyaçıların şəxsi yarışında ən güclü səkkizliyə yüksəlib.

İdmançımız Polşa təmsilçisi Malgorzata Kozaczuk ilə keçirilən qarşılaşmanın gedişatında ciddi zədə aldığından görüşü davam etdirə bilməyib.

Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Ruslan Həsənov pley-offda keçirdiyi ilk görüşdə litvalı Arnas Salokasa 15:9 hesabı ilə qalib gəlsə də, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada portuqaliyalı Miguel Frazaoya eyni hesabla məğlub olub.