Premyer Liqa: "Şəhərlilər"dən inamlı qələbə 

Premyer Liqa: "Şəhərlilər"dən inamlı qələbə 

İngiltərə Premyer Liqasında 35-ci turun oyunlarına yekun vurulub.

Çempionluq uğrunda mübarizəsi aparan "Mançester Siti" səfərdə "Nottingem Forest"lə qarşılaşıb. Oyun "şəhərlilər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Pep Qvardiolanın komandasının qələbə qollarını Coşko Qvardiol və Erlinq Holand vurub.

Bu nəticədən sonra xallarını 79-a çatdıran "Mançester Siti" ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 80 xalla "Arsenal" başçılıq edir.