Avro-2024: Azarkeşlər üçün yeni qadağa

Avro-2024: Azarkeşlər üçün yeni qadağa

Bu il Almaniyada təşkil olunacaq futbol üzrə Avropa çempionatında azarkeşlər yeni qadağa ilə üzləşəcək. Belə ki, Avro-2024-ün oyunları zamanı stadionlarda olacaq azarkeşlərə özləri ilə yemək gətirmək qadağan ediləcək. Məlumata görə, istənilən qida, o cümlədən meyvələr qadağandır.

Bildirilir ki, bu qadağa ənənəvi alman mətbəxinin satışını artırmaq üçün tətbiq edilib.

Qeyd olunur ki, bir insanın tibbi səbəblərə görə bu və ya digər qidaya ehtiyacı olarsa, o zaman istisna hal sayılacaq və həmin qidaların gətirilməsinə icazə veriləcək.

Xatırladaq ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.