Azərbaycan çempionatı: "Qarabağ" turu qələbə ilə başa vurdu 

Azərbaycan çempionatı: "Qarabağ" turu qələbə ilə başa vurdu 

Həndbol üzrə qadınlar arasında Azərbaycan çempionatında XV turun iki oyunu keçirilib.
Cempionatin lideri "Qarabağ" "Azəryol"la üz-üzə gəlib.
Qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 31:24. 
Turun digər qarşılaşması "Kür" və "İdman Akademiyası" komandaları arasında olib. Oyun Mingəçevir həndbolçularının qələbəsi ilə yekunlaşıb - 31:18.
“Qarabağ” 26 xalla liderliyini möhkəmləndirib. Hesabına 23-cü xalı yazdıran “Kür” ikinci pillədədir. “Azəryol” 19 xalla üçüncü yerdə qərarlaşıb. Hərəyə 8 xalı olan “İdman Akademiyası” və “Bakı” dördüncü-beşinci sıraları bölüşürlər. Sonuncu pillədəki “Gənclər Birliyi”nin xalı yoxdur.