Qrossmeysterimiz Almaniya çempionu oldu 

Qrossmeysterimiz Almaniya çempionu oldu 

Şahmat üzrə Azərbaycan millisinin üzvü, üçqat Avropa çempionu  Şəhriyar Məmmədyarov klublar arasında Almaniya çempionatında iştirak edib.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qrossmeysterimiz bundesliqada “Viernheim” klubunun şərəfini qoruyub. Onun komandası maksimum nəticə ilə yarışın qalibi adını qazanıb. Digər şahmatçımız Nicat Abasovun çıxış etdiyi “Ötigheim” bundesliqanı 6-cı pillədə başa vurub. 
Qeyd edək ki, bundesliqada birincilik uğrunda ümumilikdə 16 komanda mübarizə aparıb.