Premyer Liqa: Tura "Zirə" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulacaq

Premyer Liqa: Tura "Zirə" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.
Günün son oyunu "Zirə" - "Araz-Naxçıvan" komandaları arasında olacaq. 
Oyuna saat 19:00-da start veriləcək. Qəsəbə təmsilçisi hazırda 49 xalla dördüncüdür. Naxçıvan təmsilçisi isə 32 xalla doqquzuncu pillədə qərarlaşıb.