Bu gün Premyer Liqada daha iki oyun keçiriləcək 

Bu gün Premyer Liqada daha iki oyun keçiriləcək 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək.

Günün ilk oyunu "Turan Tovuz" və "Zirə" komandaları arasında olacaq. Tovuz şəhər stadionunda keçiriləcək oyuna saat 16:30-da start veriləcək. 

Günün ikinci görüşündə isə "Araz-Naxçıvan" "Sabah"ı qəbul edəcək. “Liv Bona Dea Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.