"Barselona" əsas futbolçularını satır

"Barselona" əsas futbolçularını satır

"Barselona" klubu yay transfer pəncərəsində bir neçə futbolçu ilə yollarını ayırmağa çalışır. Todofichajes portalında yer alan xəbərə görə, siyahıda hücumçu Robert Levandovski və yarımmüdafiəçi Frenki de Yonqun da adı var. Kataloniya klubunun rəhbərliyi komandada ən yüksək maaşa sahib olduqları üçün bu futbolçulardan yaxa qurtarmaq istəyir. Klub müdafiəçiləri Ronald Arauxo və Jül Kounde ilə bağlı təklifləri də nəzərdən keçirməyə başlayıb. Braziliyalı hücumçu Vitor Roke də satış üçün hazırdır.