"Topçular" çempionluq paradına hazırlaşır

"Topçular" çempionluq paradına hazırlaşır

London "Arsenal"ı Premyer Liqada qalib olacağı təqdirdə çempionluq paradının planlarını hazırlayıb.

Plana əsasən "Arsenal"ın avtobusu komandanı "Emirates"ə gətirməzdən əvvəl Londonun İslinqton bölgəsini bir neçə saat gəzəcək. Orada futbolçular azarkeşləri salamlayacaq.

Qeyd edək ki, "Arsenal"ın mövsümdə son oyunu mayın 19-da "Emirates"də "Everton"a qarşı olacaq. “Topçular” qələbə qazandığı təqdirdə, növbəti gün çempionluq paradı keçiriləcək.