Olimpiyaçılarımız Astanada iki medala sahib çıxdılar

Olimpiyaçılarımız Astanada iki medala sahib çıxdılar

BOK

20.05.2024, 11:48

​​​​Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilmiş “Elorda Cup” beynəlxalq turnirini 2 medalla başa vurublar.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmanın heyətində Murad Allahverdiyev (86 kq) finala kimi irəliləyib. Lakin həlledici görüşdə məğlub olan Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı gümüş medal qazanıb.

Digər olimpiyaçımız Məhəmməd Abdullayev (+92 kq) də “Elorda Cup”da mükafatçılar sırasında yer alıb. O, turniri bürünc medalla başa vurub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR